
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mrb.az-ın məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Kərimova Elnarə İsfəndiyar qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.