Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
yasamal.tv-ın xəbərinə görə, hadisə iyulun 6-sı saat 16 radələrində şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Kamran Əliyev şəxsi münasibətlər zəminində 1970-ci il təvəllüdlü Vüqar Ağayevə bir neçə bıçaq zərbəsi vurub.
Faktla bağlı Masallı rayon Prokuorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.(report)