Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi

17

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.

Mrb.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərin nəzarəti altındadırlar.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – MN-dən bildirilib.