Azərbaycanda bir universitetin 8 tələbəsi qızılcaya yoluxub

15

AzTU-da ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

Mrb.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar: “Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”.