Fələstin Prezidenti Mahmud Abbasla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
yasamal.tv xəbər verir ki, M.Abbas Merkelə İsrailin ilhaq planları ilə bağlı son siyasi proseslər barədə məlumat verib.
Fələstinin İsraillə danışıqlara hazır olduğunu bildirən M.Abbas qeyd edib ki, bu, beynəlxalq qanunlar çərçivəsində və dördtərəfli komissiyanın nəzarəti altında olmalıdır.
A.Merkel də Almaniyanın ikidövlətli həll prinsipi əsasında sülhü dəstəklədiyini açıqlayıb.(axar.az)