Goranboyda yol qəzası: yaralılar var

20

Goranboy rayon Veyisli kəndində iki minik avtomobili toqquşub xəsarət alanlar var.

Mrb.az-ın məlumatına görə, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində Rasim Rzayev və daha 3 nəfər xəsarət alıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.