Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

10

Bu gün Azərbaycanda 7137 test icra olunub. 583 yeni yoluxma faktı qeydə alınıb.

yasamal.tv-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, 7 nəfər vəfat edib, 395 nəfər sağalaraq, evə buraxılıb:

“Aktiv xəstələ 8212 nəfərdir. Onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər süni tənəffüs aparatına qoşulub”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin