
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 101,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 20,7% azdır.
Mrb.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda məlumat yayılıb.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 128,3 milyon ABŞ dolları təşkil edib.