ABŞ-ın “Ağıllı Güc”ü: Gələcək dünya kənd təsərrüfatı ilə qurula bilər…

10

Bir kilo buğda gələcəkdə bir barel neftdən daha qiymətli olacaq. Bu bir təxmin deyil, həqiqi proqnozdur…

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 1 iyul 2020-ci il

İzləyənlər bilir ki, dünyada baş verən heç bir şey təsadüfi deyil. Əslində, dünya bir supermarket kimi idi və nəhəng marketin içindəki rəflər ölkələr və onları idarə edən dövlətlər idi. Ona görə də, hamı özünə lazım olanı aldıqdan sonra kassaya gəlir. Onun da BMT, NATO, BVF kimi bir şey olduğunu düşünün. Ödənişlər edildikdən, ticarətlə bağlı vəzifələr və məsuliyyətlər yerinə yetirildikdən sonra əməliyyatın ilk hissəsi tamamlanır. Bu böyük bazarın ümumi meneceri və onun da hesabat verəcəyi bir idarə heyəti vardı. Məsələ də məhz bu idarə heyəti ilə bağlıdır.

Heç kəs onunla maraqlanmır, amma bütün həyati qərarlar burada formalaşır və bazara gedir. Rəflər arasındakı rəqabət müharibəyə, ahəngdar iş rejimi isə ittifaqlara çevrilib. Ancaq hər bir qərarın altında rəhbərliyin imzası var.

İdarə Heyətinin vacib üzvlərindən biri olan Cozef Naydan və onun formalaşdırdığı yeni sistemdən danışaq. Cozef Nay illərlə “Yumşaq Güc” adlı bir trendin öncülü olub. İndi isə bunu “Ağıllı Güc”lə daha geniş bir ölçü yə çatdırıb.

Amerikanın düha qrupunun “Beynəlxalq Münasibətlər üzrə Nəzəriyyəçisi” kimi tanınan Cozef Nay “Yumşaq Güc”ü belə təsvir edirdi:

“Bu, Amerik Birləşmiş Ştatları bucağında başqa bir dövlətə və ya dövlətlərə hərbi güc tətbiq etmədən istədiyin şeyi etdirməkdir”.

Nay, həmçinin, Ağıllı Güc haqqında da belə deyir: “Yumşaq güc sistemini idarə edir”.

Nay böyük və xaotik bir mühitdən sonra əsl rəhbərin “Ağıllı Güc” olacağını proqnozlaşdırırdı. Əlbəttə, Nay bunun bir virus pandemiyası ilə baş verəcəyini demirdi. Pandemiyadan əvvəl Vaşinqton “Yumşaq Güc” (Soft Power) ilə bir çox ölkəni işğal etmişdi. Son məlumatlara görə, 21 ölkə “Soft Power”la işğal edilib. Bu, heç də az deyildi.

İndi isə pandemiyadan sonra “Ağıllı Güc” qüvvədədir. Görə bilmədiyimiz nüans məhz budur. Tarix yazılarkən hadisələri dəqiqliklə görmək asan iş deyil. ABŞ-Sovet balansını bilmədən yazılmış minlərlə kitab, on minlərlə məqalə və yüzlərlə film var. Ancaq hamısı səhv idi. Çünki İdarə Heyətinin verdiyi qərarları heç bilmədik. Bilməyəndə baltanı daşa vurmaq qaçınılmaz olur.

İndi isə “Smart Power” – Ağıllı Güc səhnədədir. Dünyanın ən güclü iş adamları, texnologiyaları və maliyyə sistemi artıq “Smart Power”a daxil olacaq. Yeni pul və ticarət sistemi də “Smart Power”da olmalıdır. “Ağıl” və “Güc” ilk dəfə bu qədər təsirli şəkildə həyatımızın hər anında özünə yer tutacaq.

Misal üçün, Afrika qitəsinin 83%-i artıq “Smart Power”a daxil edilib. Bunu bilməyən dövlət başçıları da var. Koronavirusdan əvvəl başlayan “Ağıllı Güc” prossesi Afrika qitəsinin, demək olar ki, hamısını BVF ilə alıb aparıb. İndi isə Afrika qitəsindəki hər bir ölkə, lider və iş adamı bu sistemin içində olmalıdır. Çünki kənarda həyat yoxdur.

Bəs niyə Afrika? Bu sualın cavabı, həqiqətən, çox sadədir. Amerika Dərin Dövləti post-koronavirus dünyasını idarə etmək üçün kənd təsərrüfatının nə qədər təsirli olacağını bilirdi. “Ağıllı Güc” Afrikanı da seçdi. Çünki dünyadakı əkin sahələrinin təxminən 21%-i Afrikadadır. Buna görə, bu gün ən dəyərli qitə Afrikadır.

Afrika gələcəkdə “Ağıllı Güc” sistemində dünyanın kənd təsərrüfatı ehtiyaclarını qarşılayacaq. Neftdən daha vacib olan güc məhz kənd təsərrüfatı olacaq.

Əlbəttə ki, əkin sahələrinin becərilməsi üçün də texnologiya tələb olunacaq. Bu texnologiya Amerika Dərin dövləti tərəfindən ən incə detalına qədər hazırlanıb.

Bir kilo buğda gələcəkdə bir barel neftdən daha qiymətli olacaq. Bu bir təxmin deyil, həqiqi proqnozdur.

Gələcəyin zənginləri texnologiya şirkətləri və kənd təsərrüfatı şirkətləri olacaq. Banklar və ya silah şirkətləri deyil, məhz kənd təsərrüfatı şirkətləri qaçınılmaz bir yüksəliş əldə edəcəklər. Burda Henri Kissincerin tarixi sözünü xatırlamağa dəyər: “Əgər neftə nəzarət etsəniz ölkələri, qidaya nəzarət etsəniz, insanları idarə edə bilərsiniz”.

Bəli, 50 ildir ki, ABŞ İngiltərə ilə birgə neft vasitəsilə ölkələrə nəzarət edir. Bu gün də Körfəz ölkələrindən başlayaraq, nefti olan bütün ölkələr hələ də Vaşinqtonun nəzarətindədirlər. İndi isə “Smart Power” insanlara yemək yolu ilə nəzarət edəcək.

Koronavirus günlərində insanlar hansı qorxu ilə qarşılaşdılar? Birincisi can qorxusu idisə, ikincisi də yemək tapa bilməmək qorxusu idi. Tədqiqatlar göstərir ki, 1 milyard insan evində ehtiyat yemək saxlayır. Bu gün 10 milyard insana bəs edəcək qədər qida təchizatı zənciri var. Ancaq gələcəkdə ərzaq təchizatı zənciri nəzarət altına alınacaq. Buna görə, insanlar koronavirus günlərində bu qorxunu yaşayırdılar. Başqa sözlə, pandemiyanın ən vacib məqamlarından biri insanların evlərinə qida ehtiyatı yığıb yığmaması idi. İnsanlar da birinci bunu etdilər.

İnsanları istiqamətləndirmək üçün onları qorxutmaq lazımdır. Koronavirusun yayılması çox böyük bir qorxu sahəsi yaratdı. Heç bir şey təsadüf deyil. Çində meydana gələn virusun Avropaya, sonra ABŞ-a yayılması təsadüfi deyildi. Ümumdünya Səhiyyə Təşkilatı ABŞ-ın “Ağıllı Güc” sistemini daha da sürətlə yaymaq üçün həmişə yalan açıqlamalar yaydı. Ümumdünya Səhiyyə Təşkilatı çox tənqid edilsə də, Amerika Dərin dövləti 1 milyard insanın evində ehtiyat yığmasına imkan yaradıb. 1 milyard insan 4 milyarda təsir göstərir. Çünki hələ də ailə kimi qəbul edilən icma 4 nəfərlikdir. Evində ehtiyat yığanlar da 3 milyard 870 milyon insan üçün bu panikanı bazarlarda əks etdirdilər.

Yeni bir dünya bizi əhatə edir. Dünyamız böyük bir kəndə çevrilir. Təəssüf ki, buna qarşı addımlar atılsa da, “Smart Power” artıq evimizə girib. İdarə Heyəti bu qərarları verərkən onları görmədən irəliləmək, yeni bir yol yaratmaq çox da asan deyil.

Bu oyunun mərkəzindəki oyunçu isə Harvardın professoru Cozef Naydır. ABŞ xarici siyasətini yönləndirən şəxslərdən biri olan Nay mürəkkəb bağlılıq anlayışını ortaya atıb. Dövlətlərarası münasibətlərdə toqquşma vəziyyəti “dostluq”, ittifaq mənzərəsi isə “münaqişə” kimi göstərilə bilər. Bunu görmək də heç asan deyil. Bunu edənlər ağıllı adamlardır, çünki koronadan sonra hər şey dəyişəcək və artıq dəyişməyə başlayıb.

Ancaq hələ də virusun insan işi olmadığını deyənlərlə gediləcək bir yol varmı? Ağıl artmadıqca ağrılar yüksəlir.(pia.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin