
Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarına dərhal ölkəni tərk etməyi tövsiyə edib.
Mrb.az xəbər verir ki, bu barədə “Gulf News” nəşri yazıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının Livandakı səfirliyi ölkənin cənub bölgəsində baş verən hadisələri diqqətlə izləyir.
“Bütün vətəndaşları səyahət qadağasına əməl etməyə və Livan ərazisini dərhal tərk etməyə çağırırıq”, – məlumatda bildirilir.