Rusiya qərb ölkələri ilə sərhədlərini gücləndirir

14

Rusiya qərb ölkələri ilə sərhədlərini gücləndirir.

Mrb.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya və Belarus Müdafiə nazirliklərinin kollegial iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu, Qərbə cavabdır: “Qərb Ukraynaya yüksək dəqiqlikli silahlar və F-16 qırıcıları verir. ABŞ beynəlxalq konvensiyaları pozur, Ukraynaya kasetli sursatlar göndərir. Biz də buna cavab olaraq, qərb sərhədlərimizi gücləndiririk”.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynaya “Leopard” tankları və ATACAMS ballistik raketləri göndərməsi barədə məlumat yayılmışdı.