“Səbail”in futbolçusu üçün 2023-cü il bitib

16

“Səbail”in futbolçusu Cabir Əmirli üçün 2023-cü il bitib.

Mrb.az xəbər verir ki, bu barədə “Report”a klubun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, oktyabrın 13-də məşq zamanı dizindən zədə alan və Türkiyədə əməliyyat olunan 26 yaşlı müdafiəçi mövsümün ikinci dövrəsinə hazır olacaq: “Cabir Əmirli menisk əməliyyatı keçirib. Təxminən 2 aydan sonra məşqlərə başlayacaq. Qış təlim-məşq toplanışında kollektivə qoşulması gözlənilir”.

Qeyd edək ki, Cabir Əmirli cari mövsümün ilk dövrəsində 9 oyunun hamısında iştirak edib.