Görkəmli elm xadimi Bakı Avropa liseyində – FOTOLAR

13

Görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov õlkənin aparıcı təhsil müəssisələrindən olan Bakı Avropa liseyinə səfər edib.

Mrb.az xəbər verir ki, professor təhsil müəssisəsində yaradılan şəraitlə yanaşı, tədris prosesi ilə də tanış olub. Səfər çərçivəsində Elşad Məmmədov təhsil müəssisəsinin müəllim heyəti və şagirdləri ilə görüş keçirib.

Avropa Liseyinin direktoru Zülfiyyə Veysova tədbiri giriş sözü ilə açaraq master-klassın keçirilməsi üçün sözü qonağa təqdim edib və Elşad Məmmədov “Dünya iqtisadiyyatının inkişaf istiqamətləri: gələcək iqtisadçılar üçün prioritetlər” mövzusunda mühazirə oxuyaraq, təhsil müəssisəsinin şagirdləri üçün master-klass təqdim edib.

Təhsil müəssisəsinin müəllim heyətinin və şagirdlərinin böyük maraqla qarşıladığį tədbirin sonunda Elşad Məmmədov lisey şagirdlərinin suallarını cavablandırıb.