
Ermənistan İstintaq Komitəsi qanunsuz narkotik laboratoriyası aşkarlayıb.
Mrb.az xəbər verir ki, Kotayk rayonunda ümumilikdə 5 nəfər saxlanılıb.
Saxlanılanlar arasında iki rusiyalı da var. Laboratoriyada külli miqdarda narkotika oxşar maddələr aşkar edilib.
İstintaq Komitəsindən verilən məlumata görə, hazırda zəruri ekspertizalar aparılır.