Quranı yandıran İsveç vətəndaşı şərti cəza aldı

17

Linköpinq Rayon Məhkəməsi 2020-ci il sentyabrın 11-də Quranı yandıraraq videoya çəkən və onu YouTube və Twitter-də yerləşdirən İsveç sakininin cinayət işinə baxıb.

Mrb.az xəbər verir ki, həmin şəxs şərti cəza alıb və Cinayət Qurbanları Fonduna ödənilməli olan 800 kron (74 dollar) məbləğində cərimələnib.

Qeyd edək ki, həmin şəxs müsəlmanların müqəddəs kitabını manqalın üstünə düzərək, üzərinə donuz əti qoymuşdu. Daha sonra yandırılmış Quran və donuz ətini Linköpinq məscidinin girişinə gətirmişdi.