İrəvan meri Tiqran Avinyan cərimələnib

17

İrəvan meri Tiqran Avinyan inzibati xətaya görə cərimələnib.

Mrb.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Ermənistan Daxili İşlər Nazirliyi onun konkret nəyə görə cərimələndiyini və digər təfərrüatları açıqlamaqdan imtina edib.

Mətbuatda yayılan xəbərlərə görə, söhbət bu ilin yayında seçki kampaniyası zamanı “QAZelle” markalı avtomobilin qanunsuz idarə olunmasından gedir. Seçki videosu üçün Avinyan müvafiq sürücülük vəsiqəsi olmadan sərnişinləri olan mikroavtobusun sükanı arxasına keçib.