Minatəmizləmə Agentliyi auditor seçir

14

Minatəmizləmə Agentliyi (ANAMA) 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Mrb.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 24-ü, saat 18:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 25-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.