
“Moskva və Bern arasında dialoq çox məhduddur, lakin tamamilə kəsilməyib”.
Mrb.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pier-Alen Elçinqer bildirib.
O xatırladıb ki, Nyu-Yorkda BMT-nin yüksək səviyyəli həftəsi çərçivəsində ölkələrin xarici işlər nazirləri arasında söhbət olub.
Elçinqer həmçinin vurğulayıb ki, tərəflər bunda maraqlı olarsa, İsveçrə danışıqlar üçün Ukrayna və Rusiyaya öz xidmətlərini təklif etməyə hazırdır.