Zatulin: “Artıq sülhməramlılar Qarabağda günlərini sayırlar”

15

“Daha Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda müdafiə edəcəyi kimsə yoxdur”.

Feso.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına müsahibəsində deyib.

“Sülhməramlılar noyabrın 1-dək Azərbaycanı tərk edəcəklər” – BadalyanO, Rusiya rəsmilərini verdiyi açıqlamalara görə qınayıb: “Bəzi rəsmilər elə bir məqama gəlib çıxıblar ki, ermənilərin Qarabağı tərk etməsində günahkar axtarmamağı açıq şəkildə bəyan edirlər. Onların fikrincə bu, könüllü davranışdır. Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, həmin insanlar artıq bizim sülhməramlı kontingentimizin onları qoruya bilmədiyinə inanırlar”.

Ermənipərəst siyasətçinin sözlərinə görə sülhməramlılar artıq Qarabağda günləri sayırlar. Çünki bölgədə ermənilər yaşamasa, hərbçilər kimi qoruyacaqlar?

“Hər halda hərbçilər azərbaycanlıların rəsmi olaraq Xankəndi adlandırdığı “Stepanakert” şəhərində yol hərəkəti qaydalarına nəzarət etməyəcəklər. Bu, (Sülhməramlıların çıxmasını nəzərdə tutur-red.) sadəcə bir zaman məsələsidir. Özü də qısa zaman… Azərbaycanın antiterror tədbirləri bizim bölgədəki mövqelərimizə də zərbə endirdi”, – Zatulin gileylənib.