Ankarada kömür mədənində çökmə: 15 yaralı

13

Ankarada kömür mədənində baş verən çökmə nəticəsində 1-i ağır olmaqla, 15 mədən işçisi yaralanıb.

Mrb.az xəbər verir ki, hadisə saat 11:00 radələrində rayonun Hırkatəpə məhəlləsində özəl şirkətə məxsus kömür mədənində olub.

“Beypazarı rayonunun Hırkatəpə məhəlləsindəki kömür mədənində torpağın çökməsi ilə yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən 15 şaxtaçımız yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanada həkimlərin müşahidəsi altındadır”, – Ankara valiliyi bildirib.