
Hacıqabul rayonunda baş verən ağır yol qəzasında iki nəfər xəsarət alıb.
Mrb.az-ın məlumatına görə, hadisə rayonun Nəvahı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Rüfət Əlisurət oğlu Babayev və 1997-ci il təvəllüdlü Ramil Azər oğlu Kazımov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.