Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

11

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 214,3 milyon manat olub.

Mrb.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 528,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,7 %-ini təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 % artaraq 7 milyard 162 milyon manat olub.