Ev Blog Səhifə 3393

2021-ci ilə kimi azarkeşlər stadionlara buraxılmaya bilər

İtaliyada 2021-ci ilin yanvar ayına qədər matçların bağlı qapılar arxasında oynanılması planlaşdırılır.

yasamal.tv xəbər verir ki, “BeIN Spots” telekanalının jurnalisti Tankredi Palmeri hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, növbəti ilin yanvarına kimi oyunlara tamaşaçıların buraxılması qadağan edilə bilər.

İtaliya A Seriyasının 2 mayda bərpa olunacağına dair xəbərlər yayılmışdı. Sonradan bərpa müddətinin uzana biləcəyi məlum oldu. Hazırda bir neçə variant mövcuddu. Son çarə – qalan 124 qarşılaşmanın 45 gün ərzində paytaxt Romada oynanılmasıdı. Bütün hallarda oyunların azarkeşlərsiz keçiriləcəyi dəqiqdi.

İtaliya çempionatı koronavirus pandemiyası səbəbindən dayandırılıb. 26 turdan sonra aktivində 63 xalı olan “Yuventus” turnir cədvəlinə başçılıq edir. İkinci “Latsio” liderdən 1 xal geri qalır. (fanat.az)

Ukraynada koronavirusa yoluxanların sayı 3000-i ötdü

Ukraynada daha 325 nəfərdə koronavirus aşkarlanıb.

yasamal.tv xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınan koronavirus hallarının sayı 3 102 nəfərə çatıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 93, sağalanların sayı isə 97 nəfərdir.

Yoluxma faktlarının böyük hissəsi paytaxt Kiyevdə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 896 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report.az)

55 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

yasamal.tv xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.

O qeyd edib ki, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda – istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edir.

Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

Rənglərin qidalanma psixologiyasına təsirləri – Foto

“Sarı xoşbəxt edir, qırmızı kökəldir”.

Hər rəngin qidalanma psixologiyanıza tamamilə fərqli təsirlərinin olduğunu bilirdinizmi?

yasamal.tv bildirir ki, insanlarda yemək davranışı həssas, fiziki və psixoloji aclıqla baş verir. Rənglər qidalanma psixologiyasına ciddi təsir göstərir. Rənglər qidaların qəbulunu, daha çox və ya az yemək istəyinizi müəyyənləşdirir. Məsələn, yaş artdıqca qadınlarda narıncı rəngə maraq azalır.

Rənglərin iştahınıza təsirini təqdim edirik.

Qırmızı

Qırmızı rəng iştah stimullaşdırıcıdır. Qırmızı fastfood reklamları və restoranların afişalarında geniş istifadə olunur. Qırmızı rəngə üstünlük verməkdə məqsəd diqqəti cəlb etməkdir. Qırmızı rəng düşünmədən və həyəcanla hərəkət etmək istəyini stimullaşdırmaqla fərqində olmadan daha çox yemək yeməyə səbəb ola bilər.

Narıncı

Qırmızı kimi narıncı da enerjili bir rəng sayılır. Rahatlaşdırıcı təsiri olan narıncı rəng stressi azaldır və yeməyə daha çox istək yaradır.

Sarı

Sarı rəng hormon serotoninin (xoşbəxtlik hormonu) ifraz olunmasına kömək edir. Bu yolla insan daha xoşbəxt, rahat, diqqətsiz münasibət göstərə bilər, qidalanma nəzarətini itirib, daha çox yeyə bilər.

Mavi

Mavi sülhün rəngidir. Dinclik və rahatlıq rəngi olsa da, iştah yatırıcı xüsusiyyəti ilə tanınır. Arıqlamaq və qida istehlakını azaltmaq istəyirsinizsə, mavi rəngli qablarda yemək yeməyə üstünlük verin.

Yaşıl

Yaşıl rəng həmişə qidalanma üzərində sağlamlığı təmsil edir. Bunun səbəbi, yaşıl rəngin tərəvəz və salat kimi qəbul edilməsi və bu qidaları istehlak edən insanın sağlam yemək və arıqlaması fikridir. Bu səbəbdən, restoranlarda “sağlam qida” vurğulayarkən yaşıl rəngə daha çox üstünlük verilir. Həzmi gücləndirir və rahatlıq verir. Yaşıl rəng yemək istəyini artırmır. (movqe.az)

Faiq Həsənov “Şərəf” ordeni ilə təltif olundu – Sərəncam

Bu gün Prezident İlham əliyev daha bir sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Tanınmış riyaziyyatçı koronavirusdan vəfat edib

 

Britaniyalı tanınmış riyaziyyatçı və “Həyat” oyununun yaradıcısı Con Konvey koronavirusdan vəfat edib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun həmkarı Sem Vonq özünün “Twitter” hesabında yazıb.

S. Vonq bildirib ki, riyaziyyatçının ölümü qəfil baş verib.

O bildirib ki, Konveyin ölümü Nyu-Cersidə koronavirusdan olan ağır itkilərin tərkib hissəsidir.

Qeyd edək ki, C.Konvey 1937-ci ildə anadan olub.

Bakıda 6 min manatlıq telefon oğurlandı

Bakıda qarajda oğurluq hadisəsi baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-dən 11-dək olan müddətdə rayon ərazisindəki qarajların birindən 6 000 manat dəyərində mobil telefon, 6 ədəd fotoaparat, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov saxlanılıb.

Putinin İtaliyaya yardımı Avropa Birliyində mübahisələrə yol açıb – Təhlil

Kreml koronavirusdan istifadə edərək Avropanı parçalamaqda suçlanır.

Muhammet Örtlek

“Yeni Asya”, Türkiyə, 11 aprel 2020-ci il

Qlobal dünyada pandemiya elan edilmiş koronavirusla tibbi mübarizə zamanı yaranan problemin siyasi, iqtisadi və sosial sahələrdəki təsirləri özünü göstərməyə başlayır. Dünya ölkələri yaranmağa başlayan işsizlik, qıtlıq və yoxsulluq kimi sosial-iqtisadi problemlərlə mübarizə üçün müxtəlif həll yolları axtarışındadır.

Avropa Birliyinin (AB) üzv ölkələrə, xüsusilə də yoluxmanın ən çox vüsət aldığı İtaliyaya yardımlarının gecikməsi və edilən yardımların yetərsizliyi Avropa Birliyi üzvləri arasında müəyyən mübahisələrə səbəb olub. İtaliyanın Koronavirus Təcili Vəziyyət komissarı Domeniko Arcuri 5 aprel 2020-ci ildə “RAİ”yə verdiyi bir açıqlamasında yardım müddəti ərzində İtaliyaya Fransa tərəfindən 2 milyon maska, Almaniyanın isə bir çox sərinkeş cihazı göndərdiyini bildirərək, bu yardımların hələ də kifayət etmədiyini bəyan etmişdi.

İtaliyada pandemiyanın gətirdiyi problemlər Avropa Birliyinə qarşı kütləvi qıcıqlanmaya səbəb olub.

Avropa Birliyinin İtaliyanın yanında olmadığı düşüncəsi ilə Parlament üzvləri arasında soyuq söhbətlər gəzməyə başlayıb. Buna Parlamentin sədr müavini Fabio Rampellin öz kabinetindəki Avropa Birliyinə məxsus bayrağı götürərək, onun yerinə İtaliya bayrağı yerləşdirməsini də Avropa Birliyinə qarşı yaranan etirazın bir əlaməti olaraq qeyd edə bilərik.

“Cadonaghe” bələdiyyəsinin sədri Mersi Şizaro da AB-yə qarşı etirazını bələdiyyə binasının önündəki AB bayrağını iplə bağlayaraq təsdiqləyib. Onsuz da İngiltərənin “Brexit” müddətində AB-dən ayrılmağının AB-ni çətin vəziyyətə salacağı öncədən hesablanmışdı.

Rusiyanın pandemiyaya qarşı mübarizə etməsi üçün İtaliyaya hərbi yük təyyarəsi ilə tibbi ləvazimat göndərməsi, Avropa Birliyinin böhranda olan üzvünə lazımi köməkliyi edə bilməməsi Vladimir Putinə həm ölkə daxilində, həm də xaricində özünü təsdiqləmə imkanı verməsi kimi yozulur.

İtaliyaya 22-26 mart tarixləri arasında rus dekontaminasiya (kimyəvi, bioloji, radioaktiv maddələrin insan bədənindən uzaqlaşdırılması və zərərsizləşdirilməsi yolu ilə insanların və ətraf-mühitin təhlükəsizliyinin qorunması – tərc.) qurumları, hərbi səhiyyə personalı və yardım avadanlıqlarının gəlməsi AB üzvü ölkələrində birmənalı qarşılanmayıb. Hətta bəzi AB və NATO rəsmiləri bu məsələnin “comərdlikdən uzaq olan yardımın rus gücünü müdafiə edən və onun bölgədəki nüfuzunu artıran geopolitik strategiya” olduğu fikrindədirlər.

Kanadanın Toronto əyalətində dərc olunan “National Post” qəzetinin 26 mart tarixində dərc etdiyi məlumata görə, yüksək səviyyəli bir AB diplomatı italyanlara ümumi yardım təklifi edib. Bunun ardınca ruslar hərbi təyyarələr vasitəsilə hərbi həkim və hərbi ləvazimatlar göndəriblər.

Elektrik naqillərini rus təbii qazı ilə çalışdıran İtaliya uzun müddətdir ki, Avropa Birliyinə Rusiyanın 2014-cü ildə Krımın ilhaqı ilə bağlı Moskvaya qoyulan sanksiyaların nisbətən yumşaldılmasını təklif edir. Romaya edilən yardımla geopolitik maraqların birləşməsinə diqqət çəkilir. Bunun qarşılığında İtaliyanın “ Il Corrierre della Sera” qəzetində 2 aprel tarixində dərc edilən bir məqalədə “İzlənəcək yeni geopolitik ssenarilər yoxdur, yardıma ehtiyacı olan ölkə və bizə yardım edən ölkə var. Bu, bir soyuq müharibə məsələsi deyil, bu, reallıqdır, kim necə istəyir, elə də yozsun”– cümləsi ilə ruslarla yaxınlaşma siyasətinin olmamasına işarə edilir.

Digər tərəfdən, rus köməyinin AB-ni siyasi cəhətdən iflic etməsi və AB-nin daha “şərikli” siyasət yürüdə bilməməsi barədə fikirlər formalaşır.

İtaliyaya dezinfeksiya məhsulları ilə dolu yük maşınları aparan rus təyyarəsinin, ən azı, 15 uçuş həyata keçirdiyi iddia edilir.

“Rusiyadan sevgilərlə” etiketi ilə bioloji və kimyəvi qoruma bölmələri, sonra isə 100 nəfərlik personalla Rusiya köməyinin gerçəkləşdirilməsi beynəlxalq mediada öz əksini tapır.

Bununla bərabər, rus mətbuatında “İlk yardım təyyarəmizi İtaliyanın Xarici İşlər naziri qarşılayıb” – adlı xəbərə də yer verilib.

NATO-nun avropalı müttəfiqlərində – hərbi birləşmələrinin xəstələri xəstəxanalara daşıması, xaricdə olan ölkə vətəndaşlarının ölkəyə qayıtmasına kömək olunması və digər fəaliyyətlər Rusiyanın etdiyi köməklik qədər diqqət cəlb etmir. İtaliyanın hal-hazırda NATO-dan daha çox dəstək aldığı və Rusiyanın etdiyi yardımların, əslində, Putinin böyük uğuru olduğu yayılan xəbərlər arasında gəlir.

Rus siyasi eksperti Aleksandr Baunov bir açıqlamasında bildirib ki, Çin və Küba da İtaliyaya tibbi yardımlar edir. Mövcud dünya düzəninin öz lehinə gözdən keçirilməsini istəyən ölkələr üçün koronavirus bir fürsətdir.

“Reuters”də dərc edilmiş bir məlumatda belə deyilir: “AB və NATO Kremli uzun müddətdir bölünmələrdən istifadə edərək, Qərbi zəiflətmək üçün yumşaq güc, gizli təbliğat və xakerlərdən istifadəd günahlandırır”.

Yenə “Reuters”də verilən bir xəbərə görə, Rusiya mediası koronavirusun psixoloji təsirlərini daha da gücləndirmək üçün Qərbə qarşı ciddi dezinformasiya siyasəti yürüdür. Moskva belə bir planının olmasını təkzib etsə də, AB-nın Xarici Siyasət Bölməsinin rəsmisi Cozef Borel Fontelles AB üzvü ölkələrə “bu gün edilən cömərdlik siyasətinin və nüfuz yarışının fərqində olduqlarını” bildirib.

Fontellesin çağırışı ilə Rusiyanın bank, iqtisadi və enerji sektorunda AB-nin sanksiyalarına tabe olduğu və 27 üzv ölkənin göstərilən bu sanksiyaları 6 aydan bir yeniləmələri tələb edilir.

Rusiyanın AB sanksiyalarını ləğv etmək üçün İtaliyanın xeyrinə çalışdığı iddialarını Kremlin rəsmisi Yuri Peskov “axmaqlıq” adlandırıb.

Rusiya geopolitik hesablarını qəbul etməsə də, İtaliyada baş verən AB əleyhinə etirazlar və rus yardımı Avropa Birliyində mübahisələrə səbəb olur. Fontellesin 23 mart tarixində “COVİD-19 dünyamızı yenidən formalaşdıracaq. Böhranın nə vaxt bitəcəyi bilinmir, amma əmin olana qədər, yaşadığımız bu həyat çox fərqli görsənəcək” – açıqlaması Avropa Birliyində mövcud olan daxili mübahisələri və “pandemiyasonrası yeni düzən” gözləntisini ifadə edir.

Beləliklə, koronavirus sonrasında Avropa Birliyində yeni bir gələcək müzakirəsi, gələcək modeli, ya da AB-də mövcud sistemin dəyişilməsinin gündəmdə olması düşünülən ehtimallardandır.

Tərcümə: Strateq.az

“Keşlə”nin futbolçusu: “Bu virus bir növ xarakter sınağıdır” – Müsahibə

“Keşlə”nin və Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin müsahibəsini təqdim edirik:

– Koronavirus pandemiyası səbəbindən artıq bir aydan çoxdur ki, istirahətdəsiniz. Bu duruma öyrəşə bilmisinizmi?
– Bu vəziyyətə öyrəşmək heç cür mümkün deyil. İlk günlərdə ancaq yatırdıq, həvəssiz olurduq. Çünki heç nə bilinmirdi. Amma indi ən azı məşq edirik. Yeganə problemim yuxu rejimidir. Vaxtında yatıb-durmuram. Günorta yatandan sonra axşam adamın yuxusu qaçır. Əvvəl bir az tez yatırdıq ki, sabah məşq və ya oyun var. Amma indi elə vaxt olur ki, səhər 7-də yatıram.

– Bəs məşqi nə vaxt edirsiniz?
– Fiziki hazırlıq üzrə məşqçimiz olan Əli müəllim baş məşqçinin tələbinə uyğun proqram verir. Günorta 2-3-də yuxudan durub həmin məşqləri edirəm, sonra yenə yatıram. Axşam isə yata bilmirəm. Axşamlar özüm qaçıram, həyətdə topla çalışıram. Mümkün olan bütün məşq vasitələrindən istifadə edirəm.

– Bu məşq kifayət edir?
– Əlbəttə ki, xeyr. Türkiyə toplanışı zamanı zədə almışdım, 5 gün ancaq fərdi məşq etmişdim. Hələ həmin vaxt kollektivlə məşqə çıxanda mənə hərtərəfli ağır gəlirdi. İndi hamımız özümüzü aldadırıq. Sadəcə, özümüzü psixoloji cəhətdən hazır saxlamağa çalışırıq ki, problem yoxdur, ən azı məşq edirik.

– Avropanın bəzi ölkələrində klublar məşqlərə başlayıb, bəzilərində də bunun hazırlığı gedir. Düşünmək olarmı ki, problem geridə qalmaq üzrədir?
– Görünən odur ki, vəziyyət bir az sakitləşib. Artıq məşqlərə icazə verilir. Ayrı qruplara bölünüb 7-10 nəfərlə məşq etsəydik, yaxşı olardı. Ən azı məşqsiz qalmazdıq.

– Dünyada koronavirusa yoluxma sayına baxanda sizdə qorxu yaranmır?
– İnanın ki, balaca da olsa, qorxum yoxdur. Düzdür, bəzən eşidirsən, deyilir ki, dünyada bir siyasi oyun gedir. Amma mən belə şeylərlə maraqlanmıram. Əsas odur ki, özümüz, ailəmiz, ölkəmiz zərər görməsin. Bəlkə oyundur, bəlkə həqiqət. Ancaq istənilən halda, təmizlik imandandır. Bu virusun qarşısının alınmasının əsas tələbi də təmiz qalmaqdır.

– Evə qayıdanda hər dəfə əllərinizi spirtləməkdən, sabunlamaqdan yorulmursunuz?
– Əslində belə şeylərə riayət edən adam olmamışam. Həmişə evə gələndə anam deyirdi ki, birbaşa hamama get. Məndən olsa zala girərəm. İndi çöldən girəndə evdə spirtlə qarşılayırlar. Gülləri suladıqları 1 litrlik qabı spirtlə doldurub, məni onunla az qala yuyurlar (gülür).

– Çempionatın bərpasından sonra yaşıl meydanlara qayıtmaq çətin olmayacaq?
– Mənə elə gəlir ki, bu virus bir növ xarakter sınağıdır. Yəqin ki, bərpadan sonra məşq etmək üçün 15-20 gün vaxt veriləcək. Kimin iradəsi, xarakteri möhkəmdirsə, kim çempionat üçün darıxıbsa, bu müddətdə bilinəcək. 20 gündə elə məşq etmək lazımdır ki, futbolsuz qalmağın hiss olunmasın. Şəxsən mən inanıram ki, hamıdan yaxşı qayıdanlardan biri olacağam.

– Belə çıxır ki, koronavirusdan yox, futbolsuz qalmaqdan qorxursunuz?
– Tamamilə doğrudur. Koronavirusdan qorxum yoxdur, tez bir zamanda məşqlərin başlamasını istəyirəm. 10-12 ildir kollektivə öyrəşən adamam. Hər dəfə yığışırsan, söhbət edirsən, zarafatlaşırsan. İndi “Keşlə”nin vatçap qrupunda zarafatlaşırıq, adama qəribə gəlir ki, bunu hər gün üz-üzə edirdik.

– Evdə boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
– Evdə balaca qardaşım var. Məşqə heç marağı yoxdur, elmə meyilli uşaqdır, işi ancaq kitablarladır. Mənim tam əksimdir. Açığı, səbrim çatmadığı üçün kitab oxumaqla heç vaxt aram olmayıb. Amma filmlərə baxmaq maraqlı olur.

– Hansı filmləri izləyirsiniz?
– Demək olar ki, izlədiyim filmlərin təkrarına baxıram. “Arınma gecəsi” (The Purge) filminə çox baxıram. Çünki indiki dövrə tam uyğundur. İnsanların çarəsiz qaldığı zaman özlərini müdafiəsini göstərir. Belə filmlər mənə daha maraqlı gəlir. (ApaSport)

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır

Ermənistanda fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılır.

yasamal.tv xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar verilib. Rejim car ilin 14 aprel tarixindən yerli vaxtla 17:00-dan 14 may yerli vaxtla saat 17:00-a qədər qüvvədə olacaq.

Qərar, Ermənistan parlamentinin bu gün keçiriləcək xüsusi iclasında səsverməyə çıxarılacaq. (azvision.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?