Ev Blog Səhifə 3240

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.(azərtac)

Bu gün “Avroviziya – 2020” yarışmasının ikinci onlayn konserti keçiriləcək

 

Koronavirus pandemiyası ilə əlaqədar olaraq ləğv edilən “Avroviziya – 2020” beynəlxalq mahnı yarışması onlayn konsert formasında keçirilməkdə davam edir.

yasamal.tv xəbər verir ki, bu gün axşam yarışmanın rəsmi “Youtube” kanalında ikinci onlayn konsertinin keçirilməsi gözlənilir.

16 mayda keçirilməsi nəzərdə tutulan final gecəsinin yerinə isə xüsusi şou-konsert yayımlanacaq.

Qeyd edək ki, bundan əvvəl yarışmanın ilk konserti onlayn olaraq keçirilmişdi. Səsvermələrin olmadığı canlı konsert 2 saata yaxın davam edib və 20 ölkə təmsilçisi iştirak edib.(musavat.com)

Rusiyada daha 9974 nəfər koronavirusa yoluxdu

Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat açıqlayıb.

Bildirilib ki, bununla da koronavirusdan ölənlərin ümumi sayı 2305-ə yüksəlib:

“Ötən gün daha 9974 nəfər isə koronavirusa yoluxub ki, bununla da yoluxanların sayı 252 245 nəfərə çatıb”.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

yasamal.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb

Bu ilin yanvar-aprel ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 296,8 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 43%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin ilk dörd ayında informasiya və rabitə müəssisələri tərəfindən 690,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,8%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 8,4% artıb. Bu sahədə əldə olunan gəlirin 79,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Vilayət Eyvazovdan təyinat

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin Əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.

O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.(Oxu.az)

“Avatar” filmləri üçün 1 milyard dollar büdcə ayrılıb

Dünyaca məşhur rejissor Ceyms Kemeron “Avatar” elmi-fantastik filminin bir neçə sikvelini çəkməyə hazırlaşır.

yasamal.tv axşam.az-a istinadən bildirir ki, rejissor lentə alınacaq filmlər üçün 1 milyard dollar (təxminən 1 milyard 700 milyon manat) büdcə ayrıldığını bildirib.

Kameron qeyd edib ki, “Avatar 2” 2021-ci ilin dekabrında, 3-cü hissəsi isə 2023-cü ildə tamaşaçılara təqdim olunacaq.

Ekran işinin uğur qazanacağı halda 2024 və 2027-ci ildə filmin daha iki bölümü çəkiləcək.

Qeyd edək ki, Ceyms Kemeron hazırda Kaliforniyadakı evində filmin kompyuter qrafikası üzərində çalışır. Pandemiyaya görə təxirə salınan “Avatar 2″nin çəkilişləri yaxın günlərdə Yeni Zellandiyada start götürəcək. Ekran işində Keyt Uinslet, Edi Falko, Una Çaplin və Mişel Yeo kimi aktyorlar çəkiləcək.

Karantin dövründə ən çox uşaq Cəlilabadda doğulub

Bu ilin aprel ayında, yəni koronavirus infeksiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycanda dövlət qeydiyyatına alınan doğum sayı məlum olub.

Ədliyyə Nazirliyindən “Report”un sorğusuna verilən cavabda bildirilir ki, göstərilən müddətdə qeydiyyat orqanlarında 6 097 doğum dövlət qeydiyyatına alınıb və say baxımından ilk beşlikdə doğumu daha çox Nazirliyin Cəlilabad, Lənkəran rayon və 1, 2, 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.

Mixael Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçilib

Yeddiqat dünya çempionu Mixael Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçilib.

yasamal.tv AZƏRTAC-a istinadən bildirir ki, 10 gün ərzində Formula 1-in rəsmi saytında keçirilən səsvermənin final mərhələsində almaniyalı pilot azarkeşlərin səsinin 61 faizini toplayaraq birinci olub. Formula 1-in 70 illik yubileyinə həsr olunmuş səsvermədə yarışın sabiq rəhbəri Berni Ekklstoun ikinci olub.

Səsvermənin nəticəsini avtoidman dünyasının nüfuzlu şəxsləri yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt və məşhur britaniyalı ekspert Mark Hyuz seçimin ədalətli olduğunu vurğulayıblar.

Qeyd edək ki, 51 yaşlı pilot Formula 1-də “Jordan”, “Benetton”, “Ferrari” və “Mercedes” komandalarında çıxış edib. O, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Keçmiş pilot başından aldığı ağır zərbədən komaya düşüb.

ABŞ narahatdır: Çin İsraili ələ keçirir

Çinin İsrail ilə əməkdaşlıq etməsi Vaşinqtonun Təl Əvivlə olan önəmli layihələrini təhlükəyə ata bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O, Çinin İsrail iqtisadiyyatına nüfuz etməsindən narahatlığını ifadə edib:

“Bu məsələni Netanyahu ilə müzakirə etdik. Çin ilə əməkdaşlığın israilliləri təhlükəyə atdığına dair kəşfiyyat məlumlatları olduğunu diqqətə çatdırdıq”.

Qeyd edək ki, ötən gün Pompeo İsrailə səfər edib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?