
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək yerlərində, Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikintisi işləri aparılacaqdır. Bu məqsədlə, Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində 4 mərtəbəli 16 mənzilli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.
yasamal.tv xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və binanın gələcək sakinləri iştirak edbilər. Goranboy şəhərində 4 mərtəbəli 20 mənzilli və Dəliməmmədli şəhərində 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikinti işlərinə isə cari ayın sonunda başlanılması nəzərdə tutulub.