Problemli kreditlərin məbləği 25 % azalıb

11

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib.

yasamal.tv Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,5 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7 %, son 1 ildə isə 25,3 % azalıb.

Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2 % təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin