Gəncə sakini özünə xəsarət yetirib

16

Gəncə sakini özünə bıçaqla xəsarət yetirib.

yasamal.tv-ın məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Roman Məmmədov boğaz və qarın nahiyəsinin daxilinə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
73 yaşlı kişinin hansı səbəbdən özünə xəsarət yetirdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin