Gəncədə 24 yaşlı gənc özünü bıçaqladı

14

Gəncə şəhərində yerli sakin özünə bıçaq xəsarəti yetirib.

yasamal.tv-ın məlumatına görə, şəhər sakini, 24 yaşlı Nail Əliyev bıçaq xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq məlum olmasa da, yaxınlarının bildirdiyinə görə, o, ailədaxili mübahisə zəminində əsəblərinə hakim ola bilmədiyindən özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin