
“Qızıl top”un sahibi, ispan futbolçu Luis Suares Miramontes vəfat edib.
Militribuna.az xəbər verir ki, əfsanəvi oyunçu 88 yaşında dünyasını dəyişib.
O, uzun illər “Barselona”, “Deportivo”, “Espanya İndustrial”, “İnter” və “Sampdoriya”da çıxış edib.
Miramontes 1960-cı ildə “Qızıl top” sahibi olub.