Uşaqların kömür mədənlərində işləməsi qadağan edildi

16

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı uşaqların kömür mədənlərində işləməsini qadağan edib.

yasamal.tv xəbər verir ki, bu açıqlama ilə Bəğlan vilayətində səfərdə olan Əfqanıstanın Qaz Sənayesi Naziri Şahabuddin Dilavər çıxış edib.

Şahabuddin Dilavər əlavə edib ki, hazırda Əfqanıstan ərazisində yerləşən faydalı qazıntı yataqlarının işlənməsində 14 şirkət iştirak edir və onların hər birinə doqquz aylıq lisenziya verilib.

“Uşaq əməyinin istismarı faktları aşkar olunarsa, lisenziyalar ləğv ediləcək”, – deyə Şahabuddin Dilavər vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin