Beyləqanda avtomobil aşıb: ölənlər var

11

Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.

yasamal.tv-ın xəbərinə görə, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxaraq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 2001-ci il təvəllüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin