Azərbaycanda yeni şəhər yaradılır

9

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.

yasamal.tv-ın xəbərinə görə, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilir.

Həmçinin, rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.

Qeyd edək ki, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin