Neft bahalaşır

14

Dünya bazarında neftin qiyməti ABŞ dollarının ucuzlaşması fonunda artıb.

yasamal.tv  xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 0,42 % bahalaşaraq 83,13 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,46 % artaraq 1 bareli 77,03 ABŞ dolları təşkil edib.

Dolların ucuzlaşması qiymətli metal bazarına da təsir göstərir.

Belə ki, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,68 % düşərək 103,87 bənd təşkil edib. Bu, qızılı digər valyutalarda alış üçün əlverişli edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin