İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək.
“Report” Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsi 9 – 13 dekabrda, qadınların yarışı 17 – 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 – 29 noyabra təxirə salınıb.
Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 – 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel – 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli idi. Bədii gimnastların qitə çempionatı isə 21 – 24 mayda nəzərdə tutulmuşdu.