Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu

12

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Hafiz Verdiyev yayıb.

O bildirib ki, Bayram Əliyev hazırda xəstəxanadadır və müalicə alır.

Qeyd edək ki, Bayram Əliyev Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayorudur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin