Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlanıb.
yasamal.tv xəbər verir ki, müsabiqənin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir. “United by Music” müsabiqənin rəsmi şüarı olaraq seçilib.
Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.
Xatırladaq ki, mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.