Britaniya kəşfiyyatı: “Rusiyada növbəti səfərbərlik ehtimalı yüksəkdir”

10

“Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması ehtimalı yüksək olaraq qalır”.

yasamal.tv xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir.

Məlumatda həmçinin vurğulanıb ki, Rusiya orduda şəxsi heyətin sayını arıtrmaq üçün yollar axtarır.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiyada səfərbərliyin növbəti dalğasının gözlənildiyi barədə məlumat yayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin