Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.
yasamal.tv xəbər verir ki, şəhidin cənazəsi Yeni Yasamalda vaxtilə yaşadığı ünvana gətirilib.
Vida mərasimində dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və O.Əsgərovun ailə üzvlər iştirak edir.
Mərasimdən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.