Hakim təyin olunan vəkillər – Siyahı

17

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

yasamal.tv-ın məlumatına görə, yeni təyin olunan hakimlər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də var.

Həmin vəkilləri təqdim edirik:

Abbasov Zaur Vahid oğlu – Şirvan Kommersiya Məhkəməsi

Abdullayeva Aynur Aydın qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Bağırov Zamiq Rəşid oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Əlizadə Fariz Ariz oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Məmmədli Ənnağı Əbdül oğlu – Salyan Rayon Məhkəməsi

Mirzəliyev Ruslan Əsəd oğlu – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Namazova Günay Rüstəm qızı – Bakı Kommersiya Məhkəməsi

Rəcəbova Elnurə Hüseyn qızı – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məhəmmədi Həvayət Kəmaləddin qızı – Şəmkir Rayon Məhkəməsi

Qeyd edək ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar. Ümumiyyətlə son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80%-i ötüb. Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 50%-ə qədərini qadınlar təşkil edir. (E-huquq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin