İranlı deputat hökuməti tənqid etdi

10

İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili Məsud Pezeşkian molla rejimini tənqid edib.

yasamal.tv xəbər verir ki, deputat İranda həbs edilmiş etirazçılara qarşı zorakılığı və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin qanunsuz davranışının nümunəsi hesab edib və İran cəmiyyətinin “bu davranışlara görə alovlandığı” barədə xəbərdarlıq edib: “Mövcud olan problem qanunun icrası ilə bağlıdır.

Bizim Konstitusiyaya görə, heç kimi 24 saatdan artıq saxlayıb həbs etmək hüququ yoxdur. Yaxud təqsirləndirilən şəxsi vəkil tutmaqdan məhrum etmək olmaz. Biz bu Ana Yasaya əməl etsək, insanlar bu qədər qəzəblənməyəcək. Biz qanun yazdıq, amma onun əksinə hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin