Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Kralı II Abdullah ibn Al Hüseynə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyib.