“Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”.
yasamal.tv xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.
“Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, – XİN başçısı vurğulayıb.