“Ukraynaya nüvə silahı verilməlidir” – Keçmiş nazir

10

Polşanın keçmiş xarici işlər və müdafiə naziri, hazırda Avropa Parlamentində millət vəkili olan Radoslav Sikorski Qərbə maraqlı çağırış edib.

yasamal.tv  xəbər verir ki, keçmiş nazir Ukraynanın müstəqilliyini qorumaq üçün ona nüvə silahı verilməli olduğunu bildirib: “1994-cü ildə imzalanan Budapeşt Memorandumu ilə Ukraynanın nüvə potensialının qarşısı alındı. Bu müqaviləyə əsasən, Ukrayna Sovet dönəmindən qalan nüvə silahlarını məhv etmək öhdəliyini öz üzərinə götürdü. Rusiya və Qərb isə bunun müqabilində Ukraynanın müstəqilliyinə zəmanət verdi.

O vaxt hər kəs düşünürdü ki, Sovetlərdən sonra Ukrayna öz sərhədləri daxilində müstəqil ölkə olaraq qalacaq. Lakin bunun əksi baş verdi. Rusiya Budapeşt Memorandumunu pozaraq, Ukraynaya hücum etdi. Hesab edirəm ki, Ukraynanın yenidən müstəqilliyini bərpa etməsi üçün ona nüvə silahı verilməlidir. Qərb olaraq buna haqqımız çatır”.

“Putinin NATO ərazisinə nüvə silahı ilə hücum etməyə cəsarət edəcəyini düşünmürəm. Təxribatçı çıxışlardan başqa Rusiya hazırda bu istiqamətdə heç bir hazırlıq görmür. Hazırda Rusiyanın bir neçə min taktiki nüvə başlığı olduğundan xəbardarıq. Biz müttəfiqlərimizlə birlikdə vəziyyəti yaxından izləyirik”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin