Türkiyə ordusunun Suriyanın şimalında yeni sərhəd əməliyyatı doğru zamanda və lazımi yerdə başlayacaq.
yasamal.tv xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Əməliyyatın Tell-Rifat və Menbic bölgələrini əhatə etməsi barədə suala gəlincə, nazir “lazım olarsa, əməliyyat zonasını genişləndirəcəyik”, – deyə cavab verib.
Akar, həmçinin bildirib ki, Ankaranın başqa ölkələrin ərazilərini ələ keçirmək planı yoxdur: “Biz həmişə deyirik ki, İraq və Suriya da daxil olmaqla, bütün qonşularımızın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik”.