Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə, sürətli konkisürmə və şort-trek kimi idman növlərində idmançılar üçün yaş həddinin 17 yaşa qaldırılması barədə qərar qəbul edib.
yasamal.tv xəbər verir ki, müvafiq qərar təşkilatın bu gün Phuketdə keçirilən konqresində verilib.
Xatırladaq ki, hazırda İSU-nun himayəsi altında böyüklər arasında keçirilən turnirlərdə yaş həddi 15-dir. ISU Konqresi 2022/2023 mövsümündə plankanın eyni səviyyədə qalması, 2023/2024 mövsümündə 16 yaşa, 2024/2025 mövsümündən etibarən isə 17 yaşa yüksəlməsi barədə qərar qəbul edib.