Neft 6% ucuzlaşıb

12

Dünya bazarlarında neft, təxminən, 4,5% ucuzlaşıb.

Millitirbuna.az xəbər verir ki, buna Çində koronavirusun yayılması fonunda neftə olan tələbin azalması riskinin yenidən bərpası səbəb olub. Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 4,66% ucuzlaşaraq, 1 bareli 101,92 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 4,57% aşağı düşərək, 1 bareli 98,3 ABŞ dolları təşkil edib.

Yeni yoluxma halları haqqında xəbərlərin yayılmasından sonra Çinin bir neçə şəhərində koronavirus məhdudiyyətləri sərtləşdirilib. Vəziyyətin ciddi olduğu bildirilir.

Bu, yeni sosial-iqtisadi məhdudiyyətlərə səbəb ola bilər ki, nəticədə qlobal xammal tələbi azala bilər. Bu səbəbdən hazırda neft qiymətləri fəal şəkildə düşməkdədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin