“Rusiya Ukrayna ilə danışıqlara hazırdır” – Lavrov

10

“Rusiya həmişə Ukraynadakı böhranın diplomatik yolla həllinin tərəfdarı olub”.

yasamal.tv xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada “LXR” və “DXR” xarici işlər nazirliklərinin nümayəndələri ilə görüşdən sonra deyib.

– Biz həmişə diplomatik həllin tərəfdarı olmuşuq və diplomatik həll üçün etibarlı zəmin yaradılmasında həlledici rol oynayan Rusiya olub. Mən Minsk razılaşmalarını nəzərdə tuturam. deyib.

O, həmçinin qeyd edib ki, Ukrayna ilə istənilən an danışıqlara hazırdır. Bunun üçün ukraynalı hərbçilər silahı yerə qoymalıdırlar.

Qeyd edək ki, tarixdə ilk dəfə keçirilən XİN danışıqlarında “Luqansk Xalq Respublikası”nın xarici işlər naziri Vladislav Deyneqo və “Donetsk Xalq Respublikası”nın xarici işlər nazirinin birinci müavini Serqey Peresada iştirak edib.(azvision.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin