“Qurd xəstəliyi insanda qan azlığı yarada bilər. Amma bu da hər qurd növünə aid deyil”.
yasamal.tv xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, orqanizmdə olan qurd sayından asılı olaraq qan azlığı yaranır: “Hətta qurd növünə görə insanlarda meningit kimi fəsadlar meydana çıxa bilir. Dünya praktikasında qurd xəstəliyindən ölən insanlar da var. Lakin qurd xəstəliyi əksər hallarda simptomsuz olur və çoxu ölümlə nəticələnmir”.
E.Rəhimov bildirib ki, qurd əleyhinə verilən bitki mənşəli dərmanların çoxu böyrək çatışmazlığına səbəb ola bilər: “Odur ki, həkim məsləhəti olmadan dərman qəbulu yolverilməzdir. Bir faktı da qeyd edim ki, lamble qurd deyil”.(report)