Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 104-ə çatıb.
yasamal.tv xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, həlak olanlardan 8-i uşaqdır.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.
Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.