“Hələ ki, elan olunduğu kimi Rusiya qoşunlarının sərhəddən geri çəkilməsini görmürük”.
yasamal.tv xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Doğrusu, biz mövcud olan reallığa reaksiya veririk və hələlik heç bir çəkilmə görmürük. Biz bu barədə yalnız eşitmişik”, – deyə Ukrayna Prezidenti bildirib.
Ukraynanın qərbindəki hərbi poliqona baş çəkən Zelenski Rusiya ilə sərhəddəki duruma təmkinlə yanaşdıqlarını qeyd edib: “Təhlükəyə gəlincə, mən dəfələrlə demişəm ki, istənilən təhlükəyə sakit yanaşırıq. Çünki bütün bunların dünən başlamadığını unutmuruq, bu, artıq uzun illərdir baş verir. Qoşunlar çəkiləndə, bunu təkcə hərbçilər və kəşfiyyat yox, hamı görəcək. Lakin hələlik, bunlar yalnız bəyanatlardır”.